Ermənistanda hərbçi ölüb.

Metbuat.az "Shamshyan"a istinadən xəbər verir ki, saat 01:00 radələrində Marz sakini 23 yaşlı Pavlik B. Çəmbərək-Draxtik yolunun 2-ci km-də avtomobillə yolun hərəkət zolağından çıxararaq yolda quraşdırılmış metal maneələrə çırpılıb.

O, qəza nəticəsində yerindəcə ölüb.

Müəyyən edilib ki, Pavlik Ermənistan Respublikası Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində müqaviləli hərbi qulluqçu kimi xidmət edib.