Şimali İraqda – Pəncə-Kilid Əməliyyatı bölgəsində Türkiyə Silahlı Qüvvələrinə məxsus hərbi helikopter qəzaya uğrayıb.

Metbuat.az TRT haber-ə istinadən xəbər verir ki, qəzaya səbəb helikopterin sərt eniş etmısi olub. Nəticədə Türkiyə Ordusunun çavuşu Ümit Kesti şəhid olub. Helikopertdəki digər 7 nəfər isə xilas edilib.

Bildirilib ki, qəza dünə baş verib, lakin hərbçinin nəşi hələ də tapılmayıb.