İranda zəlzələ baş verib.
Metbuat.az xəbər verir ki, bu barədə Tehran Universiteti Seysmologiya Mərkəzindən məlumat verilib.
Bildirilib ki, zəlzələnin episentri İranın cənubundakı Hörmüzqan vilayəti olub. 5,4 bal gücündə zəlzələ yerli vaxtla saat 13:44-də qeydə alınıb.
Zəlzələnin yerin 14 kilometr dərinliyində baş verdiyi qeyd edilib.
Ölən və yaralananlar, dağıntılar barədə məlumat yoxdur.