Azərbaycan Prezidentinin müvafiq sərəncamına və Nazirlər Kabinetinin müvafiq qərar və sərəncamlarına uyğun olaraq İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (Agentlik) tərəfindən 2022-ci ilin may - iyul ayları üzrə yeni növ koronavirus infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinə iş vaxtına/saatına mütənasib olaraq təxminən 448 min manata yaxın, qeyri-tibb işçilərinə isə 44 min manata yaxın müddətli əlavə ödənilib.

Bu barədə Metbuat.az-a İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin mətbuat xidmətindən məlumat verilib.

Tibb və qeyri-tibb tibb işçilərinə ödənilən müddətli əlavələrin məbləği aşağıdakı kimidir:

Koronavirusla mübarizədə iştirak edən şəxslərə ödənilən vəsait açıqlanıb

Qeyd edilib ki, dövlət tibb müəssisələri tərəfindən göndərilən siyahılara uyğun olaraq Agentlik tərəfindən iyun və iyul ayları üzrə müddətli əlavələrin ödənilməsi davam edir.

Xatırladaq ki, Azərbaycan Nazirlər Kabinetinin 03 avqust 2022-ci il tarixli 275 nömrəli Qərarına əsasən yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əməkhaqlarına müddətli əlavələrin ödənilməsi 2022-ci il sentyabrın 1-dək uzadılıb.