Zamiq açıq havada pərəstişkarlarını coşdurdu -

Heydər Əliyev Mərkəzinin 10 yaşı münasibətilə aylardır davam edən silsilə konsert proqramına bu dəfə Zamiq Hüseynov qoşulub.

Metbuat.az xəbər verir ki, "10 il sizinlə" şüarı altında reallaşan musiqi marafonunda pop ulduz pərəstişkarlarının görüşünə gəlib. Canlı ifaları ilə qonaqları coşduran sənətçi, 1 saat ərzində ard-arda hit mahnılarını səsləndirib. "Özü bilər" dueti ilə konsertinə giriş edən Hüseynov, gecəni "Azərbaycan" nəğməsi ilə yekunlaşdırıb. Olduqca məmnun qalan və hər ifasını fanatları ilə bir ağızdan oxuyan xarizmatik ifaçı açıq hava və sərbəst konsertlərin davamlı olmasını diləyib.

Qeyd edək ki, Zamiq Hüseynovun 10 noyabr tarixində Gəncə şəhərində də solo konserti gözlənilir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR