İraqın Kərbəla şəhərində 9 iranlı zəvvar həyatını itirib.

Metbuat.azxəbər verir ki, bu barədə İran Qırmızı Aypara Cəmiyyəti məlumat verib. Onların ölüm səbəbi açıqlanmayıb.

Məlumata görə, Kərbəlada 18 iranlı zəvvar reanimasiya şöbəsinə yatırılıb. Nəcəf şəhərində isə 14 zəvvar xəstəxanaya yerləşdirilib.