Türkiyənin İstanbul şəhərində 4 metrobus toqquşub.

Metbuat.az TRT Haber-ə istinadən xəbər verir ki, qəza nəticəsində xəsarət alanların sayı 99 nəfərə çatıb. 50 nəfər xəstəxanay yerləşdirilib, 49 nəfərə yerindəcə ilkini tibbi yardım göstərilib.

Hadisə yerinə təcili yardım, xilasedicilər və polis əməkdaşları cəlb olunub.

Hadisənin ilkin səbəbləri barədə məlumat verilməyib. Faktla əlaqədar araşdırma aparılır.