Bir sıra xarici KİV İranın Ali Rəhbəri Seyid Əli Xameneinin vəfat etməsi ilə bağlı xəbərlər yaysa da, İran tərəfi heç bir rəsmi məlumat verməyib.

Metbuat.az İngiltərənin "Express" nəşrinə istinadən xəbər verir ki, o, əslində, tutulduğu xərçəng xəstəliyinin son mərhələsini yaşayır.

Sosial şəbəkələrdə Xameneinin xəstəxanadan yayılan görüntüsü isə köhnə fotodur.

Xamenei ölüb?

Nəşr dini lider öldükdən sonra oğlunun - Müctəba Xameneinin atasının yerinə gəlməsi iddiaları olduğunu yazıb. Lakin ekspertlər İran Prezidenti İbrahim Rəisinin buna icazə verməyəcəyini qeyd ediblər.

Qeyd edək ki, iran tərəfi hələ də rəsmi məlumat yaymayıb.

Xatırladaq ki, Seyid Əli Xamenei 1989-cu ildən bu yana vəzifədə olan İranın ikinci və hazırkı Ali Rəhbəridir.

Gülər Seymurqızı