Küçədə sorğu aparan məşhur bloqçu ölkədən

Avstriyada küçə reportajları hazırlayan tanınmış türk bloqçu Mesut Can Eray ölkədən qovulub.

Metbuat.az xəbər verir ki, buna səbəb onun paytax Vyanada götürdüyü sorğularda insanlara şəxsi həyatları ilə bağlı suallar verməsi, onları təhqir etməsi olub. Sonuncu reportajlarında bloqçunun müsahibinin geyimini kəskin tənqid etməsi isə izləyicilər tərəfindən xoş qarşılanmayıb və o, polisə şikayət edilib. Bundan sonra isə Mesut ölkədən xaric edilib.

"Məni deportasiya etdilər. Pasportumu və hər şeyimi götürdülər. Çəkdiyim videolardan dolayı xaricə gedə bilmirəm artıq. Mən indi Türkiyədəyəm",- deyə o qeyd edib.

Qeyd edək ki, onun yutub kanalında 1 milyondan çox izləyicisi var.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR