Ermənistan Baş naziri Nikol Paşinyan sülh müqaviləsinin imzalanmayacağını bildirib.

Metbuat.az xəbər verir ki, bu barədə o, feysbuk hesabında yazıb:

"Heç bir sənəd imzalanmayıb və imzalanmağa hazırlanmır. Bu, dost olmayan xarici qüvvələrin istiqamətləndirdiyi informasiya təxribatıdır", - Paşinyan yazıb.

Qeyd edək ki, erməni mediasında tezliklə Paşinyanın sülh müqaviləsini imzalayacağı iddia edilir. Bu səbədən Ermənistanda kütləvi etirazlar başlayıb.