Ankarada əkiz qüllələr binası Azərbaycan bayrağına büründü

Türkiyənin paytaxtı Ankarada əkiz qüllələr binasının üzərində Azərbaycan bayrağı əks olunub.

Metbuat.az xəbər verir ki, bu haqda Türkiyənin Azərbaycandakı səfiri Cahid Bağçı tviter hesabında paylaşım edib.

“An etibarı ilə Ankara. Azərbaycan tək deyil. Türkiyə hər zaman Azərbaycanın yanındadır. Biz tək millət iki dövlətik”, - paylaşımda qeyd olunub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR