Xəbər verdiyimiz kimi, Müdafiə Nazirliyi şəhidlərin yeni siyahısını açıqlayıb.
Metbuata.az-ın məlumatına görə, şəhid olanlardan Məhərrəmov Turan Tərlan oğlu əslən Zaqatala rayonunun Qımır kəndindən imiş. O, 2001-ci ilin may ayının 27-də anadan olub.
T. Məhərrəmov nişanlı imiş. Oktyabr ayında Turanın toyu olacaqdı.
Şəhidimiz bu gün doğulduğu kənddə torpağa tapşırılacaq.
Allah rəhmət eləsin!
Gülər Seymurqızı
