Ermənistan Baş naziri Nikol Paşinyan Rusiya Prezidenti Vladimir Putin, Fransa Prezidenti Emmanuel Makronla danışıb.
Metbuat.az xəbər verir ki, bu barədə Ermənistan hökumətinin mətbuat xidmətindən bildirilib.
Paşinyan Putinlə danışığında vurğulayıb ki, hazırda sərhəd nisbətən sakit olsa da, vəziyyət gərgin olaraq qalır.
Həmçinin məlumatda qeyd olunub ki, iki ölkə lideri Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) müraciəti ilə bağlı qəbul edilmiş qərarların icrası ilə bağlı məsələləri müzakirə ediblər.
Makronla danışığında Nikol Ermənistan-Azərbaycan sərhədindəki durumu müzakirə edib. N.Paşinyan durumun son dərəcə gərgin olduğunu söyləyib. E.Makron isə dialoq və sülhü təmin etməyə hazır olduğunu vurğulayıb.
Gülər Seymurqızı