Ermənistanın Xarici İşlər naziri Ararat Mirzoyan ABŞ-a səfər edəcək.
Metbuat.az "Sputnik Armenia"ya istinadən xəbər verir ki, o, Nyu-Yorkda BMT Baş Assambleyasının 77-ci sessiyasının yüksək səviyyəli iclasında iştirak edəcək.
Onun müxtəlif ölkələrdən olan dövlətlərin xarici işlər nazirləri və beynəlxalq təşkilatların yüksək vəzifəli şəxsləri ilə 30-dan çox görüş keçiriləcək.
Qeyd edək ki, BMT Baş Assambleyasının 77-ci sessiyası çərçivəsində görüşlər sentyabrın 20-dən 26-dək ABŞ-da keçiriləcək.