Gürcüstanın Kutaisi şəhərində maskalı silahlı şəxs yerli banklardan birinə hücum edib.
Metbuat.az xəbər verir ki, həmin şəxs bankdakı insanları girov götürüb. Əvvəlcə, maskalı şəxs bankın giriş qapılarını minalayıb, iki qadını isə girovluqdan azad edib.
Qarətçi sosial şəbəkədə yaydığı videoda üç saat ərzində iki milyon dollar, helikopter gətirilməsini tələb edib.
O, bankın qarşısında bomba qoyduğunu deyərək ətrafdakı insanlara xəbərdarlıq edib.
12 nəfər girov götürülüb, onlardan 3-ü qadındır.
Hüquq-mühafizə orqanlarının əməkdaşları vətəndaşlardan və KİV nümayəndələrindən bankın yaxınlığındakı ərazini tərk etmələrini istəyiblər. Hazırda bankdakı şəxslərin azad olunması üçün tədbirlər görülür.