Ermənistanın yeni baş prokuroru Anna Vardapetyan hərbi prokuroru və iki müavinini işdən çıxarıb.

Metbuat.az “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, o, baş prokurorun müavini, hərbi prokuror Vahe Arutyunyanınvə onun müavini Arsen Sardaryan da vəzifədən azad edib.

Vardapetyan dünən hərbi prokurorun digər müavini cəmi 3 gün vəzifədə olan Sevak Hovhannisyanı da işdən çıxarıb.

Qeyd edəkk ki, Vardapetyan bu il sentyabrın 15-də Ermənistan Respublikasının yeni baş prokuroru kimi işə başlayıb.