"Qərb 2014-cü ildə müharibəyə başlamaqla Ukrayna xalqını topların "yemi"nə çevirdi".
Metbuat.az TASS agentliyinə istinadən xəbər verir ki, bu sözləri RUsiya Prezidenti Putin xalqa çıxışında deyib.
O, bildirib ki, Qərb Qafqazda beynəlxalq terrorçu dəstələrini həvəsləndirir, NATO-nun Rusiya Federasiyasının sərhədlərinə yaxın hücum infrastrukturunu təşviq edir.
"Onlar total rusofobiyanı öz silahlarına çevirdilər, o cümlədən onilliklər ərzində məqsədyönlü şəkildə Ukraynada Rusiyaya qarşı nifrət yaratdılar. Ukrayna xalqı isə top yeminə çevrilərək ölkəmizlə müharibəyə sövq edildi. Hələ 2014-cü ildə Ukraynada dövlət çevrilişi nəticəsində yaranmış hakimiyyəti tanımaq istəməyən dinc əhaliyə qarşı silahlı qüvvələrdən istifadə edərək, soyqırım, blokada, terror təşkil etdilər".