Rusiya Prezidenti Vladimir Putinin qismən səfərbərlik elan etməsinə qarşı ümum-Rusiya mitinqi elan edilib.

Metbuat.az rus mətbuatına istinadən xəbər verir ki, aksiyanın təşkilatçısı "Vesna" Gənclər Hərəkatıdır. Fəallar vətəndaşları bu gün şəhərlərin mərkəzində toplaşmağa çağırıb. Onlar aksiyanı "Məzarlaşmağa yox" adlandırıblar.

"Minlərlə Rusiya kişisi - atalarımız, qardaşlarımız və ərlərimiz müharibənin ətçəkən maşınlarına atılacaq. Nə üçün öləcəklər? Analar və uşaqlar niyə göz yaşı tökəcək? Putinin sarayı üçün? İndi müharibə, həqiqətən, hər evə, hər ailəyə gələcək. Müharibə artıq ölkəmizə, evlərimizə gəlib, qohumlarımız üçün gəlib. Beləliklə, onlar Rusiyanı dəhşətli qırğınlara, təcridə və yoxsulluğa sürükləyən Putin rejiminin səhvlərini düzəltmək üçün ölməlidirlər", - hərəkatın bəyanatında qeyd olunub.

Etirazçılar deyir ki, səfərbərliyə ehtiyac olduğunu deyən deputatlar, məmurlar kreslolarında oturacaqlar, amma sadə xalq müharibənin qurbanı olacaq: "Döyüşə elə onları səfərbər etmək və Ukraynaya göndərmək lazımdır".