"Buta Airways"in təyyarəsi Tbilisiyə təcili eniş edib

"Buta Airways" şirkətinin Bakıdan Gürcüstanın Batumi şəhərinə reys yerinə yetirən hava gəmisinin kapitanı Tbilisi ehtiyat hava limanına enməyə qərar verib.

Metbuat.az aviaşirkətə istinadən xəbər verir ki, buna səbəb Batumi hava limanı ətrafında pis hava şəraitinin olması olub.

Qeyd edək ki, "Embraer 190" təyyarəsi saat 09:40-da Tbilisi hava limanında eniş edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı