Güney Azərbaycanın Zəncan şəhərində iki azərbaycanlı gənc - Mehdi Musəvi və Mehrdad Qurbani öldürülüb.

Metbuat.az Gunaz.tv-yə istinadən xəbər verir ki, sentyabrın 21-i axşam saatlarında Zəncan şəhərində keçirilən aksiyalarda iştirak edən gənclər etirazları yatıran hökumət qüvvələri tərəfindən öldürülüb.

Qeyd edək ki, İranda 22 yaşlı Məhsa Əmininin ölümü səbəbilə ölkədə kütləvi etirazlar başlayıb. Aksiyaları zamanı 23 nəfərin hökumət qüvvələrinin açdığı atəş nəticəsində öldüyü bildirilir.

gun az article