Azərbaycan Xarici İşlər Nazirliyi Vyetnamı Milli Gün münasibətilə təbrik edib.
Metbuat.az xəbər verir ki, bu barədə Nazirliyin tviter səhifəsində paylaşım edilib.
“Bu gün Azərbaycan və Vyetnam arasında diplomatik əlaqələrin qurulmasının 30-cu ildönümüdür. Bu münasibətlə Vyetnam Sosialist Respublikasının hökumətinə və xalqına ən xoş arzularımızı göndəririk. Azərbaycan və Vyetnam əməkdaşlığının daha da inkişafını gözləyirik”, - nazirlikdən bildirilib.