Təbriz Universitetində sentyabrın 24-dən naməlum müddətə qədər dərslər dayandırılıb.

Metbuat.az GünAz TV-yə istinadən xəbər verir ki, bu barədə Təbriz Universitetinin rəhbərliyi məlumat yayıb.

Məlumatda tətil səbəbləri barədə açıqlama verilməsə də, bunun etiraz aksiyalarının genişlənməsi və Təbrizdə hökumətə qarşı kütləvi nümayişlərin davam etməsi ilə bağlı olduğu ehtimal edilir.

Bununla yanaşı Tehran Universitetində də dərslərin dayandırılması barədə bildiriş yayılıb.