Kreml İjevskdəki məktəbə hücumu terror adlandırıb

“Putin terror aktının baş verdiyi məktəbdə insanların və uşaqların həlak olması ilə bağlı dərin kədər hissi keçirir”.

Metbuat.az Lenta.ru-ya istinadən xəbər verir ki, bunu Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov deyib.

Dövlət başçısının mətbuat katibi İjevsk məktəbində baş verən hadisəni faciə adlandırıb. Kreml sözçüsü bildirib ki, məktəbə atəş açan cinayətkar çox güman ki, neofaşist təşkilat və ya qrupa məxsusdur.

Qeyd edək ki, bu gün səhər saatlarında Udmurtiyada təhsil müəssisəsinə hücum baş verib. Son məlumatlara görə, İjevskdəki 88 saylı məktəbdə baş verən atışma nəticəsində 7-si uşaq olmaqla 13 nəfər həlak olub.

Udmurtiyada atışma nəticəsində həlak olanlar üçün üç günlük matəm elan edilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR