AZAL Moskva-Bakı biletlərinin maksimal dəyərini açıqlayıb

"Azərbaycan Hava Yolları" QSC Rusiyadan Azərbaycana reyslərə tələbatın artması, habelə aviabiletlərin dəyərinə dair yaranan suallarla əlaqədar Moskva-Bakı marşrutu üzrə təklif olunan aviabiletlərin xidmət sinifləri maksimal dəyərini açıqlayıb.

Metbuat.az "AZAL"a istinadən xəbər verir ki, qiymətlər aşağıdakı kimidir:⠀

- ekonom sinif - 409 avro;

- biznes sinif - 769 avro;

- “VIP Club” tarifi - 869 avro.⠀

"AZAL"la yanaşı, Rusiyadan Azərbaycana Rusiyanın "Aeroflot", "Rossiya", "Utair", "Azimuth" və digər aviaşirkətləri də reyslər yerinə yetirir. Hər bir aviaşirkət öz qiymət siyasətini müstəqil şəkildə formalaşdırır.

Qeyd edilib ki, aviabiletlərin qiymətləri birbaşa reysə olan tələbatdan, təyyarədə qalan yerlərdən, alış tarixindən, uçuş mövsümdən və bir sıra digər kriteriyalardan asılıdır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR