16 yaşlı qız 40 yaşlı kişiyə zorla ərə verilir ? -

Bu gün Sabirabad rayonunun Qaraağacı kəndində 16 yaşlı qızın 40 yaşlı kişiyə zorla ərə verilməsi ilə bağlı xəbər ölkə gündəmini zəbt etdi.

Metbuat.az xəbər verir ki, "Space Tv"də Amil Xəlilin aparıcısı olduğu "Gəl, danış" verilişində adı çəkilən qızın atası, doğmaları açıqlama verib.

Canlı yayımda baş verənlərə aydınlıq gətirən ailə deyilənlərin həqiqət olmadığını vurğulayıb. "Düzdür toy etmək istəyirik amma oğlan 1996 təvəllüddür. Qızımında 17 yaşı olacaq. Qayınanası xəstə olduğu üçün toyu tez etmək istədik. Amma indi gözləyərik 18 yaşı olar sonra edərik", - deyə qızın atası Azər bəy açıqlama verib

Ailə bu söz-söhbətin haradan çıxdığından isə xəbərsizdir.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR