Çexiyanın paytaxtı Praqadakı Praqa qəsrində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın qeyri-rəsmi görüş zamanı fransalı həmkarı Emmanuel Makrona təklifi maraqla qarşılanıb.

Metbuat.az xəbər verir ki, görüş zamanı Ərdoğan Makrona “Sən də Türk Birliyinin iclasına gəl. Hər şey Aropadan ibarət deyil” deyib. Ərdoğanın bu zarafatyanə təklifindən sonra iki lider də gülümsəyib.

Qeyd edək ki, liderlər Avropa Siyasi Birliyinin sammitində iştirak etmək üçün Praqada səfərdə idi. Sammitdən əvvəl Praqa qəsrindəki qeyri-rəsmi görüşdə Ərdoğanın Prezident İlham Əliyevlə və Baş naziri Nikol Paşinyanla birlikdə söhbət etməsi diqqət çəkmişdi. Tarixi görüşdə hər 3 ölkənin xarici işlər nazirləri də iştirak etmişdi.