Praqa sammitində gərginlik -

Çexiyanın paytaxtı Praqada keçirilən Avropa Siyasi Birliyinin sammitində gərginlik yaşanıb.

Metbuat.az xəbər verir ki, şam yeməyi zamanı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Yunanıstanın baş naziri Kiriakos Mitsotakislə mübahisə edib. Yunanıstanın “Kathimerini” qəzetinin məlumatına görə, şam yeməyi zamanı Ərdoğan Yunanıstanla bağlı açıqlamalar edib. Qəzet yazır:

“Ərdoğan Yunanıstan barədə açıqlamalarını təkrar edib.Gələn məlumatlara görə, Türkiyə lideri Yunanıstanın əleyhinə danışaraq, Afinanı bölgədə təxribat törətməklə gərginliyi artırdığını deyib. Həmin mənbələrin məlumatına görə, Yunanıstanın Baş naziri Kiriakos Mitsotakis Ərdoğana dərhal cavab verərək, Türkiyənin Yunanıstanın Egey dənizindəki adalarının suverenliyi barədə danışmağı dayandırmasını tələb edib”.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR