"Qardaşı arvadı min hoqqa çıxardıb, öz əri bir..." -

Bir neçə gün əvvəl aktrisa Nəzakət Məmmədovanın həyat yoldaşının ona qardaşı arvadı ilə xəyanət etdiyini efirdə açıqlaması müzakirələrə səbəb oldu.

Metbuat.az Yenisabah.az-a istinadən xəbər verir ki, “Ümid ilə gəl” verilişində qonaq olan teleaparıcı Rövşanə Ağasəfqızı və müğənni Roza Zərgərli də məsələyə münasibət bildirib.

Onlar efirdə bu cür fikirlər səsləndirilməsinə qarşı çıxıblar. Rövşanə Ağasəfqızı deyib ki, bu cür müzakirələrin efir məkanına yol tapması tamaşaçıya qarşı hörmətsizlikdir:

“Biabırçılığa bax. Qardaşı arvadı min hoqqa çıxardıb, öz əri bir… Dəhşətli bir şeydir. Olmaz! Elə şeylər var ki, onu efirdə demək, göstərmək olmaz. Bunu ictimailəşdirmək düzgün deyil”.

Roza Zərgərli da tərəf müqabilinin fikrini dəstəkləyib. Müğənni deyib ki, onun həyatında da inanılmaz hadisələr olub: "Danışsam, gündəm yerlə-yeksan olar. Hər şeyi efirdə danışmaq olmaz".

Qeyd edək ki, N.Məmmədova çıxışında boşanmasının səbəblərini açıqlamışdı:

“Həyat yoldaşım mənə qardaşımın arvadı ilə xəyanət etdi. Onları birgə öz evimdə tutdum. Həyat yoldaşım mənə söylədi ki, bu haqda kiməsə danışsan səni öldürərəm. Məndə 6 ay susdum. Bu hadisədən sonra qardaşım da, mən də boşandım”.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR