Fərdi qulluqçular və dayələrin vergi və sosial öhdəlikləri nədən ibarətdir?

Fərdi yaşayış evlərində və mənzillərdə ev qulluqçusu olmaq, xəstələrə, qocalara və uşaqlara qulluq etmək, eləcə də dayə kimi işləmək də Vergi Məcəlləsində nəzərdə tutulan fəaliyyət növlərinə aiddir.

Metbuat.az Dövlət Vergi Xidmətinə istinadla xəbər verir ki, onların ödəməli olduğu aylıq sabit vergi məbləği 10 manatdır, həmin məbləğə şəhər və regionlardan asılı olaraq müvafiq əmsallar tətbiq olunur.

Həmçinin, “Sosial sığorta haqqında” Qanuna əsasən, həmin şəxslər minimum aylıq əməkhaqqının 3 faizi miqdarında regionlar üzrə müvafiq əmsallar tətbiq olunmaqla məcburi dövlət sosial sığorta haqqı ödəyirlər.

Qeyd olunub ki, sözügedən şəxslər “Tibbi sığorta haqqında” Qanuna görə minimum aylıq əməkhaqqının 4 faizi miqdarında sığorta haqqı ödəyirlər. Belə ki, sadələşdirilmiş vergi üzrə sabit məbləğin, məcburi dövlət sosial sığorta və icbari tibbi sığortanın ödənilməsi haqqında qəbz almamış fəaliyyət göstərə bilməzlər.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR