"Makron bir həftə qabaq Praqada mollalıq edirdi" -

"Bir qrup prezidentlər var ki, bilmirlər prezident seçiliblər, yoxsa tayfa başçısıdırlar. Həmçinin Makron. Harada nə danışdığını bilmir ki, bir həftə bundan qabaq Praqada mollalıq edirdi. Praqa görüşündən sonra isə "France 2"yə müsahibəsində Ermənistana dəstək verir".

Metbuat.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında parlamentin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov deyib.

"Bir həftə qabaq Azərbaycanın 5 şərtini dəstəklədiyini bəyan etdi, sonra isə Azərbaycanı işğalçı adlandırdı. Bu cür adamdan dünya, bəşəriyyət hansı sülhü gözləməlidir? Burada ancaq maraq var. Maraqlı tərəfsənsə, get, dur onun yanında. O vaxt ulu öndər Heydər Əliyev çox düzgün qeyd etmişdi ki, Fransa həmsədr ölkə ola bilməz, çünki erməni dəstəkçisidir. Mən hesab edirəm ki, bu gündən biz Fransa ilə bütün diplomatik əlaqələr kəsilməlidir. BMT-də Azərbaycan çox düzgün mövqe sərgilədi. Bu gün erməni çörəyi yeyənlər Azərbaycanı başqa yerə sürükləmək istəyir. Xatırlayıram ki, Azərbaycanın ərazi bütövlüyü məsələsi BMT-də müzakirəyə çıxarılanda buna cəmi 14 ölkə səs vermişdi".


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR