Şəhid dəmiryolçuların ailələri ilə görüş keçirilib, medallar təqdim edilib -

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin 4 dəmiryolçu şəhidi ölümündən sonra “Azərbaycan Dəmir Yollarının 140 illiyi” yubiley medalı ilə təltif edilib. Azərbaycan Dəmir Yolu İşçilərinin Peşə Bayramı Günü münasibətilə QSC-də şəhid ailələri ilə görüş keçirilib, medallar şəhidlərin ailə üzvlərinə təqdim edilib.

Metbuat.az-a Səhmdar Cəmiyyətin mətbuat xidmətindən veriləjn məlumata görə, eEyni zamanda Cəmiyyət əməkdaşları arasında yüksək motivasiya, peşəkarlıq göstəricilərinin artırılmasına nail olunması məqsədilə yüksək əmək intizamına görə fərqlənmiş 792 əməkdaş fərdi və kollektiv qaydada mükafatlandırılıb.

Əmək fəaliyyətinin səmərəli göstəricilərinə görə fərqlənmiş əməkdaşlar "Fəxri dəmiryolçu" döş nişanı, "Fəxri Fərman", “Xatirə nişanı”, “Təşəkkürnamə”, "Əla yol işçisi-ilin ən yaxşı mütəxəssisi","Ən yaxşı işçi kollektivi" adı ilə mükafatlandırılıb, 17 əməkdaşa Əmək veteranı adı verilib və pul mükafatları təqdim edilib.

Qeyd edək ki, peşə bayramı günü ilə bağlı keçirilən tədbirlər çərçivəsində ADY-də “ARTtrain” adlı rəsm sərgisi keçirilib. Sərgidə ADY əməkdaşlarının övladları üçün təşkil edilmiş müsabiqəyə təqdim edilən əsərlər nümayiş olunub. Müsabiqəyə ümumilikdə 58 rəsm işi təqdim edilib. Hər yaş kateqoriyası üzrə 3 qalib olmaqla ümumilikdə 9 qalib seçilib, qaliblərə pul mükafatı və müxtəlif hədiyyələr təqdim olunub.

Xatırladaq ki, ADY əməkdaşları peşə bayramı ərəfəsində Fəxri xiyabanı və Şəhidləri xiyabanını ziyarət etmiş, qanvermə və ağacəkmə aksiyaları keçirmişlər.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR