2022-ci ilin sentyabr ayında Azərbaycanın beynəlxalq hava limanları 530 mindən çox sərnişinə xidmət göstərib.
Metbuat.az-a Heydər Əliyev Beynəlxalq Aeroportunun Mətbuat xidmətindən verilən məlumata görə, bu, ötən ilin müvafiq dövrünün göstəricilərindən təxminən 78% çoxdur.
Paytaxt Bakının hava limanının payına 461 min sərnişin düşür ki, bunun da 412 min nəfəri beynəlxalq reyslərin sərnişinləri təşkil edir.
Göstərilən müddət ərzində AZAL və “Buta Airways” aviaşirkətləri 164 min sərnişinə və beynəlxalq reyslər üzrə 56 min sərnişinə xidmət göstərib. Bu, beynəlxalq daşımaların ümumi sayının 47% təşkil edib.
2022-ci ilin sentyabr ayında 29 xarici aviaşirkət Bakı hava limanına müntəzəm reyslər yerinə yetirib. AZAL и “Buta Airways” aviaşirkətlərini nəzərə almadan, ən çox sərnişin “Aeroflot”, “Turkish Airlines” və “Utair” aviaşirkətləri tərəfindən daşınıb.
Sentyabr ayında Bakıdan ən populyar beynəlxalq istiqamətlər onluğuna Moskva, İstanbul, Dubay, Tbilisi, Ər-Riyad, Ankara, Əbu-Dabi, Təl-Əviv, İzmir və Antalya şəhərləri daxil olub. Ümumilikdə bu istiqamətlər üzrə 276 min sərnişinə xidmət göstərilib.
Heydər Əliyev Beynəlxalq Aeroportu (IATA: GYD) — sərnişin və yük daşımalarının, uçuş-enmə əməliyyatlarının həcminə, aerovağzal kompleksinin sahəsinə və yük kompleksinin gücünə görə Azərbaycanda və regionda ən böyük hava limanıdır.
Cari ilin iyun ayında Heydər Əliyev Beynəlxalq Aeroportu nüfuzlu “Skytrax World Airport Awards” Beynəlxalq Hava Nəqliyyatı Reytinq Agentliyinin versiyasına görə MDB ölkələrində ən yaxşı hava limanı statusunu beşinci dəfə təsdiqləyib. Hava limanları üçün bu mükafat sənayedə keyfiyyət standartıdır.
Bundan əlavə "Skytrax" tərəfindən Bakı hava limanını ən yüksək "5 ulduz" reytinqinə, həmçinin COVID-19 pandemiyası dövründə epidemioloji təhlükəsizlik üzrə maksimal reytinqə layiq görülüb.