İrandan hicabını açan qadın idmançıya DƏHŞƏTLİ CƏZA:

İran Seulda təşkil edilən beynəlxalq yarışda hicabını açan Elnaz adlı qadın idmançını nəzarətə götürüb.

Metbuat.az xəbər verir ki, bu barədə Avropada fəaliyyət göstərən “IranWire” portalı məlumat yayıb. Məlumata görə, idmançı İranın Seuldakı səfirliyində saxlanılaraq İrana aparılıb. Məlumata görə, idmançı yarışda iştirak edəndən bir gün sonra saxlanılıb. Bundan əvvəl BBC-nin farsca servisi idmançının yoxa çıxdığı barədə məlumat yaymışdı. İranın Cənubi Koreyadakı səfirliyindən isə bildirilmişdi ki, Elnaz digər nümayəndələrlə birlikdə Seuldan ayrılıb.

Məlumata görə, idmançı İrandakı etirazlara dəstək məqsədi ilə hicabını açıb. Xarici KİV-lərin məlumatına görə, qadın idmançı işgəncələri ilə tanınan Tehrandakı “Evin” həbsxanasına aparılıb.

Ötən həftə həmin həbsxanada baş verən yanğın zamanı 8 qadın məhkum ölüb. Rəsmi dairələr yanğına qadınlar arasında qarşıdurmanın səbəb olduğunu irəli sürüb.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR