Britaniyanı çalxalayan iddia -

Vəzifəyə gələndən iki ay sonra partiyasındakı dəstəyi itirən Böyük Britaniyanın Baş naziri Liz Tras postundan gedə bilər.

Metbuat.az xəbər verir ki, parlamentdə etimad səsverməsi zamanı Mühafizəkar nümayəndələrə Trasın lehinə səsverməsi üçün güc tətbiq edilməsinə dair iddialar krallıqda rezonans yaradıb. BBC parlamentdəki nümayəndələrə istinadən xəbər verir ki, səsvermədən əvvəl Mühafizəkar millət vəkillərinə Trasın lehinə səsverməsi üçün təzyiq edilib. İddialara görə, hətta bəzi nazirlər millət vəkillərinə güc tətbiq edib.

Rəsmi dairələr iddiaları rədd edir. Müxalifət məsələnin araşdırılmasını tələb edir. Qeyd edək ki, hökumət etimad səsverməsini 230 səsə qarşı 326 səslə qazanıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR