Gövhər tarix yazdı -

Azərbaycan şahmatçısı Gövhər Beydullayeva İtaliyada keçirilən 20 yaşlı şahmatçıların dünya çempionatında qızıl medalı təmin edib.

Metbuat.az xəbər verir ki, Gövhər Beydullayeva X turda sloveniyalı Urh Zala ilə qarşılaşıb. Ağ fiqurlarla oynayan 19 yaşlı şahmatçı 30-cu gedişdə sülhə razılaşıb. Bu nəticə ilə xallarının sayını 8,5-ə yüksəldən Beydullayeva liderliyini davam etdirir.

Abdullayevaya çempion olmaq üçün son turda heç-heçə də kifayət edəcək.

Qeyd edək ki, G.Beydullayeva Azərbaycan şahmat tarixində ilkə imza atıb. Gövhər 20 yaşlılar arasında çempion olan ilk qadın şahmatçımızdır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR