Azərbaycanda bu məscidlərdə vakant vəzifələrin tutulması üçün vaakasiya elan edilib -

Azərbaycanda ibadət ocaqlarına dini ayinlərin icraçısı üçün din xadimləri axtarılır.

Metbuat.az-a Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, İslam dininə aid ibadət yerlərində (məscidlər) aşağıdakı vakant vəzifələrin tutulması üçün müsahibə elan edir:

1. Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi “Heydər” məscidi – imam vəzifəsi

2. Suraxanı rayonu, “Fatimeyi-Zəhra” məscidi – Qadın dini ayinlərin icraçısı vəzifəsi

3. Xəzər rayonu, Zirə qəsəbəsi “Cümə” məscidi - imam vəzifəsi

4. Sabunçu rayonu, Sabunçu qəsəbə məscidi - imam müavini vəzifəsi

5. Yasamal rayonu, “Hacı Cavad” məscidi - imam vəzifəsi

6. Xızı qəsəbə məscidi – imam müavini vəzifəsi

7. Sumqayıt şəhəri, “Cümə” məscidi – Qadın dini ayinlərin icraçısı vəzifəsi

8. Gəncə şəhəri, Bala Bağman “Fatimeyi-Zəhra” məscidi - Qadın dini ayinlərin icraçısı vəzifəsi

9. Şəki şəhəri, “Mərkəzi Cümə” məscidi - Qadın dini ayinlərin icraçısı vəzifəsi

10. Zaqatala şəhəri, “Cümə” məscidi - Qadın dini ayinlərin icraçısı vəzifəsi

11. Qax rayonu, Ləkit kənd “Cümə” məscidi - imam müavini vəzifəsi

12. Lənkəran rayonu, Separadi kənd məscidi - imam müavini vəzifəsi

13. Lənkəran rayonu, Böyük bazar “Cümə” məscidi - Qadın dini ayinlərin icraçısı vəzifəsi

14. Lerik şəhəri “Cümə” məscidi - imam müavini vəzifəsi

15. Lerik rayonu, Gürdəsər kənd məscidi - imam müavini vəzifəsi

16. Astara rayonu, Kijəbə qəsəbəsi Lovayın kənd məscidi - imam müavini vəzifəsi

17. Astara rayonu, Şuvi kənd məscidi - imam müavini vəzifəsi

18. Masallı rayonu Şıxlar kənd məscidi - imam müavini vəzifəsi

19. Cəlilabad şəhəri, “Şəhidlər” məscidi - imam vəzifəsi

20. Xaçmaz şəhəri, “Təzə şəhər” məscidi - imam müavini vəzifəsi

21. İmişli şəhəri, “Məşədi Həbib” məscidi - imam vəzifəsi

22. İmişli şəhəri, “Cümə” məscidi - imam müavini vəzifəsi

23. İmişli rayonu, Allahmədətli kənd “Əhli-beyt” məscidi - imam müavini vəzifəsi

24. Saatlı şəhəri, “Şeyx Yusif” məscidi - imam vəzifəsi

25. Saatlı rayonu, Mustafabəyli kənd “İmam Əli” məscidi - imam müavini vəzifəsi

26. Sabirabad rayonu, Qaragüney kənd “İmam Hüseyn” məscidi - imam müavini vəzifəsi

27. Salyan rayonu, Çuxanlı kənd “Hacı Cəbrayıl” məscidi - imam müavini vəzifəsi

28. Biləsuvar şəhəri, “Cümə” məscidi - imam müavini vəzifəsi

29. Biləsuvar rayonu, Nərimankənd kəndi “İmam Hüseyn” məscidi- imam müavini vəzifəsi

30. İsmayıllı rayonu, Lahıc qəsəbəsi “Bədöyün” məscidi - imam müavini vəzifəsi

31. Ağsu rayonu Pirhəsənli kənd məscidi – imam müavini vəzifəsi

32. Quba şəhəri, “Hacı Cəfər” məscidi - Qadın dini ayinlərin icraçısı vəzifəsi

33. Quba şəhəri, “Cümə” məscidi - Dini ayinlərin icraçısı-müəzzin vəzifəsi

34. Quba rayonu, Zərdabi qəsəbə məscidi - imam müavini vəzifəsi

35. Quba rayonu, Digah kənd məscidi - imam müavini vəzifəsi

36. Xaçmaz rayonu, Xudat şəhəri “İmam Hüseyn” məscidi - imam müavini vəzifəsi

37. Yardımlı şəhər məscidi - imam vəzifəsi

38. Yardımlı şəhəri, Əsədabad məhəllə məscidi - Dini ayinlərin icraçısı-müəzzin vəzifəsi

39. Ağcabədi rayonu, Şahsevən Təzəkənd kənd məscidi - imam müavini vəzifəsi

40. Bərdə şəhər “Cümə” məscidi - imam vəzifəsi

41. Şirvan şəhəri, “İmam Zeynalabdin” məscidi - imam vəzifəsi

42. Şəmkir rayonu, Çinarlı qəsəbə məscidi - imam müavini vəzifəsi

43. Şəmkir rayonu, Düyərli kənd məscidi - imam müavini vəzifəsi

44. Zərdab şəhəri “Cümə” məscidi - imam vəzifəsi

Müsahibədə iştirak etmək istəyən namizədlər 24 oktyabr 2022-ci il tarixindən 24 noyabr 2022-ci il saat 18:00-dək aşağıdakı sənədləri elektron qaydada sened@scwra.gov.az adresinə və ya kağız daşıyıcıda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə (Bakı şəhəri, Səbail rayonu, Əhməd Cavad küçəsi 16, AZ 1001) təqdim etməlidirlər:

- Şəxsiyyət vəsiqəsinin surəti və ya bu barədə dövlət informasiya ehtiyatlarından çıxarış;

- Tərcümeyi-hal;

- Dini ali və orta ixtisas təhsil haqqında sənədin notarial qaydada təsdiqlənmiş surəti və ya bu barədə dövlət informasiya ehtiyatlarından çıxarış;

- Sağlamlıq haqqında arayış;

- Narkoloji dispanserdən arayış;

- Ruhi-əsəb dispanserindən arayış;

- Məhkumluq barədə arayış;

- Foto (3x4) (4 ədəd);

- Ərizə.

Tələb olunan sənədlərdən əlavə namizəd özünün elmi-pedaqoji və yaradıcılıq fəaliyyəti barədə sənədləri də təqdim edə bilər.

Müsahibədə iştirakla bağlı sənədlərin qəbulu üçün müəyyən edilmiş son müddət bitdikdən sonra müsahibənin keçirilməsi vaxtı və yeri Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin internet saytında yerləşdiriləcəkdir.

Əlaqə nömrələri:

(012) 497 02 53

(012) 492 62 29

(012) 437 31 15

(077) 209 60 70


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR