Rəşad Sadıqov:

"Bu il Çempionatda fikir formalaşıb ki, Rəşad hakimlərlə səhv danışıb. Cari ildə Qurban Qurbanov, Elmar Baxşıyevdən sonra ən sakit baş məşqçi mənəm".

Metbuat.az xəbər verir ki, bu fikirləri "Zirə"nin baş məşqçisi Rəşad Sadıqov "CBC Sport" kanalında yayımlanan "Bizim futbol" verilişində səsləndirib. O, Azərbaycan Premyer Liqasında komandasına qarşı olan hakim səhvlərindən danışıb.

Aparıcı isə Sadıqovun bu fikirləri ilə razılaşmayıb və o, baş məqşçini "ən çılğın" məşqçi adlandırıb. Həmçinin Rəşad Sadıqovun hakimlərlə yüksək tonda danışdığını, oyunçuların üstünə də qışqırdığını deyib.

"Xeyr, siz mənim tonumu harada görürsünüz? Bir dəfə VAR sistemində dəfələrlə təkrarlamışam ki, əvvəlki epizod. Mən deyirəm ki, müqayisədə sakitəm. Tərlan Əhmədovla, Samir Abbasovla və Ayxan Abbasovla müqayisədə də mən daha sakitəm", - deyə Rəşad Sadıqov cavab verib.

O bildirib ki, bu il az olsa da, son 2 ildə "Zirə"yə qarşı xırda yox, həlledici səhvlər olub:

"Səbəbini bilmirəm. Dəqiq desəm ki, qərəzdi mənə qarşı mübarizə gedir, kiminsə haqqına girmiş olaram. Mənim iddia etdiyim odur ki, "Zirə"yə qarşı hakim səhvləri çoxdur".

Daha ətraflı videoda:


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR