Gecənin nəticələri:

UEFA Çempionlar Liqasının qrup mərhələsində V turun daha 6 oyunu keçirilib.

Metbuat.az xəbər verir ki, 1/8 finalın növbəti 3 iştirakçısı bəlli olub. G qrupunda Dortmund "Borussiya"sı Almaniyada İngiltərənin "Mançester Siti" klubu ilə qolsuz heç-heçə edərək, adını pley-offa yazdırıb.

H qrupunda isə Fransa PSJ-si və Portuqaliya "Benfika"sı növbəti mərhələyə adlayıblar. Paris klubu buna evdə İsrailin "Makkabi" (Hayfa) komandasını 7:2, Lissabon təmsilçisi isə İtaliya "Yuventus"unu 4:3 hesabı ilə məğlub etməklə nail olub.

E qrupunda Zaqreb "Dinamo"su Xorvatiyada İtaliya "Milan"ını qəbul edib. Hesab 0:4 hesabı ilə bitib.

F qrupunda "Leyptsiq" Almaniyada İspaniya "Real Madrid"inə 3:2 hesabı ilə qalib gəlib. Digər matçda isə Ukraynanın "Şaxtyor" (Donetsk) komandası Şotlandiyada "Seltik"lə heç-heçə edib - 1:1.

E qrupu

20:45. "Zaltsburq" (Avstriya) - "Çelsi" (İngiltərə) - 1:2

23:00. "Dinamo" (Zaqreb, Xorvatiya) - "Milan" (İtaliya) - 0:4

F qrupu

23:00. "Seltik" (Şotlandiya) - "Şaxtyor" (Donetsk, Ukrayna) - 1:1

23:00. "Leyptsiq" (Almaniya) - "Real Madrid" (İspaniya) - 3:2

G qrupu

20:45. "Sevilya" (İspaniya) - "Kopenhagen" (Danimarka) - 3:0

23:00."Borussiya" (Dortmund, Almaniya) - "Mançester Siti" (İngiltərə) - 0:0

H qrupu

23:00. PSJ (Fransa) - "Makkabi" (Hayfa, İsrail) - 7:2

23:00. "Benfika" (Portuqaliya) - "Yuventus" (İtaliya) - 4:3


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR