Müəssisələr tərəfindən geri çağrılan şəkər tozu və qənd məhsulunun miqdarı açıqlanıb

Ümumilikdə müəssisələr tərəfindən 1097 kq şəkər tozu və qənd məhsulu geri çağırılıb və bundan 547 kq məhsul məhv edilib.

Metbuat.az xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli ölkədə qida təhlükəsizliyi sahəsində görülən işlərlə bağlı keçirilən mətbuat konfransında məlumat verib.

O, qeyd edib ki, anbarda olan 5309 kq məhsulun yenidən emalı təmin olunub. Aparılan yoxlamalar zamanı 80 qida subyektində işləyən və tibbi müayinədən keçməyən 593 nəfər işçinin müvəqqəti işdən kənarlaşdırılması təmin edilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR