"Azərbaycan Hava Yolları" QSC-nin törəməsi - “Buta Airways” şirkətinin Tbilisi-Bakı reysi texniki səbəblərə görə gecikir.
Metbuat.az aviaşirkətin yaydığı məlumata istinadən xəbər verir ki, sərnişinlər Bakıya digər təyyarə ilə axşam yola düşəcək.
Gecikmiş reysin sərnişinləri aviaşirkətin qaydalarına uyğun olaraq içkilər və qidalanma daxil olmaqla bütün lazımi vasitələrlə təmin ediləcəklər.