Toyu idarə etmək üçün Zaur Baxşəliyevə

Aparıcı Zaur Baxşəliyevə toy idarə etmək üçün verilən məbləğ diqqət çəkib.

Metbuat.az xəbər verir ki, o, aparıcısı olduğu "Zaurla Günaydın" proqramında bu barədə açıqlama verib.

Belə ki, Baxşəliyevə həyat yoldaşı ilə birlikdə toy idarə etmək üçün təklif gəlib. Aparıcı verilişlərindən vaxt tapmadığı üçünbu təklifi geri çevirib. Uzun təkiddən sonra Zaur onlardan 50 min manat qonarar istəyib. Düşünüb ki, bu qədər pul istəsə bəlkə toy sahibləri onu çağırmaq fikrindən daşınar. Bu zaman onu toya dəvət edən şəxs Zaurdan behi nə vaxt göndərə biləcəyini soruşub.

Beləliklə, o, həyat yoldaşı Günayla həmin toyu iadrə etməyə razı olublar.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR