Rusiyanın təhdidinə baxmayaraq türk gəmiləri dayanmadı -

“Türkiyə Ukraynadan ərzaq daşımasını davam etdirir”.

Metbuat.az xəbər verir ki, bu barədə Türkiyənin milli müdafiə naziri Hulusi Akar açıqlama verib. O bildirib ki, Rusiyanın “Taxıl sazişi”ni dayandırmasına baxmayaraq, Türkiyə bayrağı altında üzən yük gəmiləri Ukrayna limanlarından ərzaq daşımasını davam etdirir. Akarın sözlərinə görə, Türkiyə bayrağı altında üzən gəmilərin Ukrayna limanlarından yük daşımasında heç bir problem yoxdur. Hulusi Akar həmçinin Rusiya limanlarından gübrə və taxıl daşımasının başlanması üçün danışıqların davam etdiyini bildirib.

Qeyd edək ki, Rusiya Qara dənizdə rus hərbi gəmilərinə Ukrayna tərəfindən təşkil edilən hücumu əsas gətirərək, “Taxıl sazişi”ni təktərəfli dayandırdığını açıqlayıb. Rusiya “Taxıl dəhlizi”ndən keçən gəmilərin təhlükəsizliyinə zəmanət vermədiyini qeyd edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR