Türkiyə ilə çətinliklərin öhdəsindən gəldik -

Ermənistanın Baş naziri Nikol Paşinyan hökumətin iclasında Türkiyə ilə münasibətlərdən danışıb.

Metbuat.az xəbər verir ki, o bildirib ki, Ermənistan Türkiyə ilə kommunikasiya məsələsindəki çətinliklərin öhdəsindən gəlib. Paşinyanın sözlərinə görə, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüş və iki ölkə nümayəndələrinin görüşməsi dövlətlər arasında əlaqələrin qurulması baxımından mühüm irəliləyişdir.

Paşinyan Ermənistan cəmiyyətində də Türkiyə əlaqələrin qurulmasına müsbət yanaşmanın olduğunu ifadə edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR