Qurban Qurbanov bu iki futbolçunu transfer etmək istəyir

"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Premyer Liqada çıxış edən 2 futbolçunu sərəncamında görmək istəyir.

Metbuat.az sportinfo.az-a istinadən xəbər verir ki, Ağdam klubunun çalışdırıcı "Sabah"ın formasını geyinən iki futbolçunun - Aleksey İsayev və Aleksey Kaşukun xidmətində maraqlıdır.

Təcrübəli mütəxssis adıçəkilən yarımmüdafiəçilərin mümkün transferi ilə bağlı məlumatların toplanıb ona təqdim olunmasını istəyib.

Millimizin də şərəfini qoruyan İsayev bir müddət əvvəl Masazır təmsilçisi ilə müqaviləsini ikinci müddətə yeniləyib.

Kaşuk isə sentyabrda növbəti dəfə "Şaxtyor"dan icarəyə götürülüb. Ukrayna nəhəngi ölkənin əsas yığmasına da dəvət alan vingeri mövsümün sonunadək "Sabah"a icarəyə verib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR