Azərbaycanı beynəlxalq arenalarda təmsil edən gəncimiz

Prezident İlham Əliyevin əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud olan uşaqların nəzərdə saxlanılması hər zaman diqqət mərkəzində olan vacib məsələlərdən biridir.

Metbuat.az xəbər verir ki, ölkəmizdə yaşayan, Ulu Öndər Heydər Əliyevin gənclər siyasətini uğurla davam etdirən gənclərimiz çoxluq təşkil edir.

Belə gənclərdən biri də İbrahim Məmmədovdur. Onun cəmi 26 yaşı var. Həyatda qazandığı böyük uğurları yalnız öz əziyyəti hesabına olduğunu deyir. Əslən Göyçay şəhərindən olan bu gəncimiz artıq uzun illərdir ki, könüllülük fəaliyyəti ilə yaxından məşğuldur. Azərbaycanda və xarici ölkələrdə Erasmus +, UNESCO, BMT kimi böyük beynəlxalq tədbirlərə qatılaraq ölkəmizi layiqincə təmsil edib. UEFA 2020 Avropa çempionatında komanda rəhbəri olaraq iştirak edən İ.Məmmədov UEFA 2020 Avropa çempionatında Əlilliyi olan şəxsləri könüllüyə cəlb edib və onların da komanda rəhbəri olub. Bununla yanaşı, Azərbaycanda 3 könüllü qurumun yaradıcı rəhbəridir. Respublikamızda 3 il müddətində ard-arda (2019,2020,2021-ci) ilin könüllüsü seçilib.

Boccia könüllülərin rəhbəri və qurucusu vəzifəsində də çalışıb. Azərbaycanda 2019-cu ildə İnklüziv Könüllülərin qurucusu və rəhbəri kimi də fəaliyyət göstərib. O, 2021-ci ildə İnklüziv Könüllüləri qurucusu və rəhbəri olaraq Türkiyə Və Azərbaycanın Altun Günəş Ödülləri mükafatını əldə edib. Dost İnklüziv İnkişaf və Yaradıcılıq mərkəzində İnklüziv Könüllülərin Koordinator vəzifəsində çalışan gəncimiz Azərbaycan Gənclər Gününün 25 illiyinə həsr olunmuş Gənclər Forumunda iştirakçı namizəd seçilən və cənab Prezident ilə birlikdə keçirilən forumda iştirak edib.

Xatırladaq ki, İ.Məmmədov Leyla xanım Əliyevanın da təşkil etdiyi bir çox tədbirlərdə də uğurla iştirak edib.

Davud Tarverdiyev


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR