52 gün erməni əsirliyində qalan Vəliəhəd evləndi -

Lənkəranda Vətən müharibəsi qazisi Vəliəhəd Vəliyevin noyabrın 11 də toy şənliyi keçirilib.

Metbuat.az xəbər verir ki, toya gələn qonaqlar arasında İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman) Səbinə Əliyeva və Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov da olub.

Qeyd edək ki, Vətən müharibəsi zamanı Zəngilan istiqamətindəki döyüşlər zamanı şəhid olduğu deyilən leytenant Vəliəhəd Vəliyevin dəfn mərasimi keçirilmişdi. Lakin sonra məlum olmuşdu ki, Vəliyev erməni əsirliyindədir. Vəliəhəd 52 gündən sonra Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası tərəfindən erməni əsirliyindən və girovluğundan azad olunmuşdu.




Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR