Bakıda duman olacaq, külək istiqamətini dəyişəcək

Bakıda duman olacaq, külək istiqamətini dəyişəcək
12:57 19 Yanvar 2015
103 Sosial
Ölkə mətbuatı
A- A+

Azərbaycanda 20 Yanvar - Ümumxalq Hüzn Günündə gözlənilən hava şəraiti açıqlanıb
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədova Trend-ə bildirib ki, sabah səhər Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq, arabir tutulacaq, əsasən, yağmursuz keçəcək. Bəzi yerlərdə zəif duman olacaq. Cənub-qərb küləyi əsəcək.

Sabah gündüz saatlarında havanın buludlu olacağı, arabir açılacağı, əsasən, yağmursuz keçəcəyi gözlənilir. Cənub-qərb küləyi əsəcək.

Havanın temperaturu gündüz 7-11 dərəcə isti olacaq.

Axşam dəyişkən buludlu, yağmursuz olacağı, bəzi yerlərdə zəif duman müşahidə ediləcəyi gözlənilir. Şimal-qərb küləyi əsəcək.

Havanın temperaturu 4 dərəyədək isti olacaq.

Yanvarın 20-də Azərbaycanın rayonlarında hava, əsasən, yağmursuz olacaq. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, gündüz dağlıq ərazilərdə arabir güclənəcək.

Aran rayonlarında havanın temperaturu gecə 3 dərəcə şaxtadan 2 dərəcəyə kimi isti, gündüz 6-11 dərəcə isti, dağlarda gecə 3-8 dərəcə şaxta, gündüz 1-6 dərəcə isti olacaq.

Qeyd edək ki, yaxın iki gün ərzində ölkə ərazisində hava şəraitində mühüm dəyişiklik gözlənilmir.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR