Tibb sektoruna verdiyi töhfələrlə öz sahəsində dünya lideri olan "BTL" şirkəti bu dəfə də seçildi -

Son illərdə səhiyyə sektorundaəhəmiyyətli rol oynayaraqdünya bazarında ön sıralara çıxan BTL şirkəti 1993-cü ildə təsis olunub. Tibbi və estetik cihazların istehalı üzrə dünyanın ən böyük istehsalçılarından birinə çevrilən "BTL" şirkəti artıq 29 ildir ki, fəaliyyətini uğurla davam etdirir.

Tibbin 3 əsas istiqamətində innovator və lider kimi adından söz etdirməyi bacaran şirkət fizioterapiya, estetik tibb və kardiologiya sahələri üzrə ixtisaslaşmışdır. Şirkət, həkim və pasientlərin ehtiyaclarının öyrənilməsi və onlara müasir həllərin təqdim edilməsi üzrə mütəxəssisdir.

Fizioterapiya və estetik tibb sahəsində dünya lideri olan "BTL" şirkətinin istehsal etdiyi innovativ avadanlıqlar və həllər dünyanın 71 ölkəsi və 5 qitəsində müştərilərə təqdim edilir. Şirkətin əməkdaşlarının sayı 2500 nəfərdən çoxdur və bunlardan 300 nəfərini 5 müxtəlif ölkədə elmi araşdırma və tədqiqat mərkəzlərində çalışan mühəndislər və araşdırmaçılar təşkil edir.

"BTL" şirkətinin Azərbaycan ofisi 2014-cü ildən fəaliyyət göstərir və bu illər ərzində paytaxt və regionlarda yerləşən müxtəlif təyinatlı klinika, hospital, sanator kurort mərkəzləri ilə uğurlu əməkdaşlıq həyata keçirib. Ölkəmizin bir çox tibb müəssisələrinin fizioterapiya, reabilitasiya və kardiodiaqnostika şöbələri müasir Avropa istehsalı olan "BTL" avadanlıqları ilə təchiz olunmuşdur.

"BTL" Azərbaycan, Premium sinif hesab olunan və patentləşdirilmiş, innovativ texnologiyaları ilə estetik tibb sahəsində uğurlu lahiyələrə imza atıb. "BTL" istehsalı olan və dünyada estetik tibb sahəsində trendə çevrilən "Emsculpt Neo", "Emsculpt", "Emsella" ölkəmizdə tələbatlı cihazlardır.

Şirkət olaraq müştəri məmnuniyyəti, yüksək keyfiyyətli məhsul standartı və bazar ehtiyaclarına zamanında verilən reaksiyalar "BTL"i öz sahəsinin lideri edir.

"BTL" şirkəti 30 oktyabr 2002-ci ildə Global Health Awards layihəsində ilin “The Successful Health Brand” nominasiyasına layiq görülüb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR