Flora Kərimovadan qızı anasından danışıb kövrəldi -

"Anam üçün çətindir. Qardaşım Almaniyada, mən Londonda yaşayırıq. Amma anamı sevən milyon insan var. O da onu seçdi".

Metbuat.az xəbər verir ki, bu sözləri Xalq artisti Flora Kərimovanın Londonda yaşayan qızı Zümrüd "Günaydın, Azərbaycan" proqramında deyib. Anasından bəhs edən Zümrüd kövrəlib.

"Flora xanıma nəsə olsa, Zümrüd Bakıda olmasa, özünüzü bağışlaya bilərsiniz" sualına o, "Bunu düşünmək belə çətindir. Bilmirəm həmin an qəlbimdən, ağlımdan nə keçəcək. Bir onu bilirəm ki, daxili dünyam alt-üst olacaq. Səhvimiz varsa, ana, bağışla bizi" cavabını verib.

O, əlavə edib ki, övladının mayın 19-da 1 yaşı tamam olacaq və onu Bakıda qeyd edəcək.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR