Peşəkar onkoloq Kəmalə Rəhimova Global Health Awards layihəsində təltif olundu -

Qeyri-düzgün qidalanma, piylənmə, qeyri-aktiv həyat tərzi,genetik meyillik, depressiya, immunitetin zəifləməsi, stress kimi faktorlar onkoloji xəstəliklərin əsas yaranma səbəblərindəndir. Onkoloji xəstəliklər bədən hüceyrələrinin anomal bölünüb çoxalması nəticəsində meydana gəlir. Onkoloji şişlər iki qrupa bölünür: xoşxassəli və bədxassəli şişlər. Xoşxassəli şişlər bədxassəlidən fərqli olaraq orqanizmdə yayılmır. Bədxassəli şişlər isə tez artıb-çoxalır sağlam bədən hüceyrələrinə nüfuz edərək onları dağıdır və bütün orqanizmə yayılır.

Əsrimizin bəlasına çevrilən onkoloji xəstəliklərin müalicəsində işinin peşəkarı olan, təcrübəli həkimlərə ehtiyac duyulur. Son zamanların statistikasına əsasən yaşı gəncləşən və rast gəlmə tezliyi artan onkoloji xəstəliklərdən biri də süd vəzi xərçəngidir. Xüsusən qadınlar arasında sürətlə yayılan bu xəstəlik dövrümüzün bəlasına çevrilib. Xəstəliyi vaxtında aşkarlamaq, inkişafinin qarşısını almaq, xoşxassəli şişlərin bədxassəli şişə çevrilməsinin qarşısını almaq bir onkoloq tərəfindən həyata keçiriləcək önəmli hadisələrdir.

Onkoloq, mamoloq Kəmalə Rəhimova bu sahədə işini bilən həkimlərdəndir. O, 1985-ci ildə Şəki şəhərində anadan olub. 2003-cü ildə orta məktəbi bitirib, elə həmin ildə də yüksək nəticə ilə Azərbaycan Tibb Universitetinə daxil olur. Onkologiya üzrə ixtisaslaşan Kəmalə xanım artıq 13 ildir ki, bu sahədə fəaliyyət göstərir. 2016-ci ildən onun fəaliyyətinin əsasınıqadınlarda süd vəzi xəstəliklərinin müayinəsi, müalicəsi, profilaktikası təşkil edir. Onkoloq hesab edir ki:“Cərrahi əməliyyata gərək yoxdursa, xanımların süd vəzilərini itirməməsi üçün dərman vasitəsilə müalicə daha məqsədəuyğundur.Bu günə qədər cərrahi əməliyyata göstərişi olan yüzlərlə xanımda xoşxassəli prosesləri dərmanlamüalicə etmişik”.

İndiyə qədər müxtəlif klinikalarda çalışan Kəmalə Rəhimova hazırda Diaqnoz Tibb Mərkəzində mammoloq olaraq fəaliyyətini davam etdirir.

Artıq 29 ildir ki, ÜSToktyabr ayını dünyadasüd vəzi xərçənginə qarşı mübarizə ayı elan edib. Bu sahədəki uğurlu fəaliyyətindən dolayı Kəmalə Rəhimova 30 oktyabr 2022-ci ildə Global Health Awards layihəsində ilin “The Successful Oncologist” nominasiyasına layiq görülüb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR